Geri

22 iyul 2017-ci il Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur

21 iyul 2017-ci il tarixində Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) nümayəndə heyəti Bakı şəhərində keçirilən  Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış–xilasetmə Dəstəsinin şəxsi heyətlə komplektləşdirilməsi və Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) klassifikasiya mərhələsi üzrə taktiki-xüsusi təlimi müşahidə etmək üçünölkəmizdə səfərdə olmuşdur.

Əvvəlcə, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Türkiyə Respublikası Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədr müavini Fatih Özərin rəhbərlik etdiyi nümayəndə heyəti FHN-in Səbail rayonu Dövlət Yanğından Mühafizə Hissəsində olmuşlar. Qonaqlar yanğınsöndürmə texnika və avadanlıqları ilə tanış olmuş, onlara şəxsi heyət üçün yaradılmış şəraitlə bağlı məlumat verilmişdir.

Sonra Türkiyə nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “Əməliyyat zalı”nın fəaliyyəti ilə tanış olmuşdur.

AFAD-ın nümayəndə heyəti ilə Fövqəladə Hallar Nazirliyində keçirilmiş görüşdə nazir müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər barədə məlumat vermiş, qardaş Türkiyənin bu qurumu ilə əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə etmişdir.

AFAD-ın sədr müavini Fatih Özər təmsil etdiyi qurumun FHN ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini vurğulamış, keçirilən birgə tədbirlərin ikitərəfli əlaqələrin güclənməsində mühüm rol oynadığını bildirmişdir.

Görüşdən sonra qonaqlar FHN-in Akademiyasında da olmuşlar. Akademiyanın rəisi general-mayor Pənah Süleymanov türkiyəli qonaqlara bu ali təhsil ocağının fəaliyyəti haqqında ətraflı məlumat vermiş, onları  buradakı laboratoriya və texnika ilə tanış etmişdir.   

Daha sonra fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və AFAD-ın nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış–xilasetmə Dəstəsinin şəxsi heyətlə komplektləşdirilməsi və Beynəlxalq Axtarış Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) klassifikasiya mərhələsi üzrə taktiki-xüsusi təlimin gedişini izləmişlər. Təlimə FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə, Tibb xidmətlərinin,  Mülki müdafiə qoşunlarının texnika və avadanlıqları və şəxsi heyəti cəlb olunmuşdur. 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir

12 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 4-də ölkəmizdə səfərdə olan İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətinin məlumatı

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin və Abşeron rayonunun bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr, digər obyektlər və onların ətrafı yağış suları ilə dolmuşdur. Yağan yağışlarla əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti"nə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olmuşdur....

Ardını oxu