Geri

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində tədbir keçirilmişdir

14 iyul 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində tədbir keçirilmişdir.

Əvvəlcə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.

Fövqəladə Hallar Nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müavini Cavanşir Alxasov, qurumlarda fəaliyyət göstərən Həmkarlar İttifaqı komitələrinin sədrləri tədbirdə iştirak etmişdir.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tədbiri açaraq bildirmişdir ki, bu toplantı əlamətdar günə - 14 iyul 1969-cu il tarixində ulu öndər Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etməsinin 48-ci ildönümünə təsadüf edir. O,  ulu öndərin keçdiyi şərəfli və mənalı həyat yoluna tarixi-xronoloji  nəzər yetirmiş, onun Azərbaycana rəhbərlik etdiyi 34 ildə göstərdiyi misilsiz xidmətlərdən bəhs etmişdir. Natiq əlavə etmişdir ki, ümummilli lider Heydər Əliyev bütün həyatını xalqına sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı 1993-cü ildə də ulu öndərə dərin inamını bir daha nümayiş etdirərək onu yenidən siyasi hakimiyyətə gətirdi.  Bu gün ulu öndərin müdrikcəsinə müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının hesabat-seçki konfransı keçirilmiş,  görülmüş işlər haqqında məlumat verilmişdir.

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxışı zamanı komitə üzvlərinə iş prosesində əməyin texniki təhlükəsizliyi qaydalarına dair tövsiyələrini vermişdir.

Konfransda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin aparat və qurumlarında fəaliyyət göstərən Həmkarlar İttifaqı komitələrinin hesabatları dinlənilmişdir.

Komitə sədrləri çıxışlarını ötən dövr ərzində görülmüş işlər üzərində qurmuş, bildirmişlər ki, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının qərar, göstəriş və tövsiyələrinin üzvlər arasında təbliğ edilməsi, tarixi və əlamətdar günlərin,  bayramların, milli adət və ənənələrimizin təbliğinə həsr olunmuş tədbirlərin, komitə üzvü olan işçilərin ad günlərinin keçirilməsi, işçilərin sağlamlığının qorunması, asudə vaxtlarının səmərəli keçirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir.

Konfransın sonunda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müavini Cavanşir Alxasov çıxış edərək Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının fəaliyyətinə yüksək qiymət vermiş, gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir

12 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 4-də ölkəmizdə səfərdə olan İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətinin məlumatı

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin və Abşeron rayonunun bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr, digər obyektlər və onların ətrafı yağış suları ilə dolmuşdur. Yağan yağışlarla əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti"nə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olmuşdur....

Ardını oxu