Geri

FHN kollektivi ulu öndər Heydər Əliyevin əziz xatirəsini anmışdır

9 may 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında  xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir.

Əvvəlcə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, nazir müavinləri Akademiyanın həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri qoymuş, ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər.

Sonra toplantı iştirakçıları Heydər Əliyev Fondunun ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə hazırladığı sənədli filmə tamaşa etmişlər.

Mərasimi giriş sözü ilə açan fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin həyat yolundan, tarixi xidmətlərindən danışıb. Azərbaycanın siyasi, iqtisadi inkişafı, cəmiyyət və dövlət həyatının bütün sahələrində qazanılmış böyük nailiyyətlərdən bəhs edib. Nazir deyib ki, “möhtərəm cənab Prezident İlham Əliyevin dediyi kimi, müstəqillik əldə etmiş Azərbaycanda ötən əsrin 90-cı illərinin əvvəlində dövlət suverenliyi yarımçıq vəziyyətdə idi. Bir tərəfdən erməni işğalı, digər tərəfdən yarıtmaz hakimiyyətin kreslo uğrunda davası və iqtisadiyyatın çökməsi ölkəni uçurumun kənarına gətirmişdi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün bu problemlər öz həllini tapdı və Azərbaycan inkişaf, tərəqqi yoluna qədəm qoydu. Ümummilli liderin azərbaycançılıq ideologiyası, güclü iqtisadiyyat konsepsiyası tərəqqinin təməlini təşkil etdi. Cənab Prezident İlham Əliyev bu müdrik siyasəti uğurla davam etdirir. Təsadüfi deyil ki, Azərbaycan bütün möhtəşəm beynəlxalq tədbirlərin mərkəzinə çevrilmişdir”.   

Çıxışının sonunda nazir Kəmaləddin Heydərov əminliklə söyləyib ki, Fövqəladə Hallar Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin ideyalarına, dövlətçilik xəttinə sadiq qalaraq bundan sonra da bütün qüvvə və bacarığını ölkəmizin tərəqqisi naminə Ali Bas Komandan cənab İlham Əliyevin rəhbərliyi altında səfərbər edəcəkdir.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxışında bildirib ki, Azərbaycan xalqı illər keçdikcə ulu öndər Heydər Əliyevin dahiliyini daha aydın dərk edir. Onun xilaskarlıq missiyası, ölkəni dərin böhrandan çıxararaq inkişaf və tərəqqi yolu ilə aparması, gələcək nəsillər üçün güclü dövlət miras qoyması ulu öndərin misilsiz xidmətlərindəndir.

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 16 noyabr 2017-ci il tarixində Moldova Respublikasının daxili işlər naziri Aleksandr Jizdanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. ...

Ardını oxu

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı keçirilmişdir

14 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının I Hesabat-Seçki konfransı  keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti "Dubai Airshow 2017" beynəlxalq aviasiya sərgisində iştirak etmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Dubai Airshow 2017" beynəlxalq aviasiya sərgisində iştirak etmişdir....

Ardını oxu