Geri

Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlim keçirilir

5 may 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin qüvvə və vasitələri cəlb olunmaqla Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlim keçirilir.

Təlimin keçirilməsində əsas məqsəd “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları ərəfəsində aeroport ərazisində təhlükəsizliyin qorunması üçün aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, mümkün yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkarlığının daha da artırılmasından ibarətdir.

Təlimə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Tibb Xidmətinin və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təhlukəsizlik xidmətlərinin qüvvə və texnikası cəlb edilmişdir.

Təlimdə sərnişin təyyarəsində şərti olaraq baş vermiş yanğının söndürülməsi, sərnişinlərin təxliyyəsi, onlara ilkin tibbi yardım göstərilməsi üzrə məşqlər həyata keçirilir.

 

Digər məlumatlar

FHN-in çimərliklərdən istifadəyə dair xəbərdarlığı

Məlum olduğu kimi, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin......

Ardını oxu

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu