Geri

Azərbaycan FHN-in bir qrup əməkdaşına Rusiya FHN-in döş nişanı və medalları təqdim edilmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində nazirliyin bir qrup əməkdaşına Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin döş nişanı və medallarının təqdim olunması mərasimi keçirilmişdir.

Mülki müdafiə sahəsində birgə əməkdaşlıq, ərazilərin və əhalinin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin təmin olunması sahəsindəki xidmətlərinə görə Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkovun əmri ilə Azərbaycan FHN-in əməkdaşları – Ziya Hacılı, Sabir Əhmədov, Həcər Talıbova və Sabir Hüseynov Rusiya FHN-in “Xilasetmə naminə əməkdaşlıq” medalı, Fərid Abbasov isə “Xidmətlərə görə” döş nişanı ilə təltif olunmuşdur.

Mükafatları təqdim edən Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin bildirmişdir ki, iki ölkənin Fövqəladə Hallar nazirlikləri arasında sıx əməkdaşlıq mövcuddur və təltif olunan əməkdaşlar da bu əlaqələrin möhkəmlənməsinə öz töhfələrini vermişlər.

Azərbaycan fövqəladə nallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə FHN əməkdaşlarının əməyini yüksək qiymətləndirdiyi üçün Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkova təşəkkürünü bildirmiş, iki dost ölkənin nazirlikləri arasında əməkdaşlıq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etmişdir.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu