Geri

FHN və AMEA arasında işçi müşavirə keçirilmişdir

Mayın 25-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə işçi müşavirə keçirilmişdir.

Müşavirəni giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər ölkəmizdə dövlət qayğısı sayəsində elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması istiqamətlərində mühüm işlər görüldüyünü vurğulamışdır. Akademik bildirmişdir ki, Azərbaycanın elm ictimaiyyəti qlobal çağırışlara cavab vermək, ərzaq təhlükəsizliyini təmin etmək üçün səfərbər edilib, alimlərimiz təbii və texnogen mənşəli fövqəladə halların qarşısının alınması sahəsində tədqiqat işlərini intensivləşdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyətindən danışan AMEA-nın prezidenti parkın mühüm tapşırıqların icra olunması və elm-istehsalat-dövlət zəncirinin tam formalaşması üçün əlverişli zəmin yaratdığını bildirmişdir. Burada sahibkarların təklifləri əsasında elmi-tədqiqat, təcrübə-konstruktor və tədqiqat-inkişaf layihələrinin icrası, eləcə də ideya müəlliflərinin təklifləri əsasında hazırlanan innovasiya yönümlü layihələrin istehsalata transferi mümkündür. İcra ediləcək layihələr ixrac yönümlü və idxal əvəzləyici meyarlar əsasında seçilməklə bərabər, təmiz enerji və sağlam rəqabət prinsiplərinə uyğun olacaqdır.

Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu tədbirin əhəmiyyətini vurğulamış, elmin inkişafının xalqımızın ulu öndəri Heydər Əliyevin müəyyən etdiyi və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla davam və inkişaf etdirdiyi mütərəqqi siyasi kursun tərkib hissələrindən biri olduğunu qeyd etmişdir. Nazirlik tərəfindən həyata keçirilən layihələr, beynəlxalq, regional və ölkədaxili təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə məlumat verən nazir alimlərimizin ixtiralarının ölkənin iqtisadi inkişafı, o cümlədən fövqəladə hallarla daha effektli mübarizə və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün zəruri amil olduğunu, AMEA və FHN arasında əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırmışdır.

Müşavirədə AMEA-nın müxbir üzvü Zeynal Əkpərov “Azərbaycanda müasir texnologiyalarla innovativ yönümlü tədqiqatlar və perspektivlər”, akademik Vaqif Abbasov “Köpükəmələgətirici “Naftapen”, “AZOFOS” və boy maddələri”, texnika üzrə fəlsəfə doktoru Əlibala Əlizadə “Faydalı mikroorqanizmlər vasitəsi ilə üzvi və üzvi mineral gübrələrin istehsalı”, AMEA-nın Təcrübə-Sənaye Zavodunun direktoru Vasif Abbasov “Sənaye və sürtkü yağlarının istehsalı” mövzularında təqdimatlarla çıxış etmişlər.

Sonda FHN-in məsul əməkdaşları və AMEA-nın nümayəndələrinin iştirakı ilə müzakirələr aparılmışdır.

Müşavirədən sonra AMEA-nın mütəxəssislərinin istehsal etdiyi nümunələrdən ibarət sərgi ilə tanışlıq olmuşdur.

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir

23 iyun 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibətilə... ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Cəlilabad şəhərində vətəndaşları qəbul etmişdir

20 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Cəlilabad şəhərində Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir....

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Cəlilabad şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  20 iyun 2017-ci il tarixində Cəlilabad şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu