Geri

Belarus FHN-in nümayəndə heyəti fövqəladə hallar nazirinin müavini ilə görüşmüşdür

2019-cu ildə Minskdə təşkil olunacaq II Avropa oyunları ilə əlaqədar ölkəmizə səfərə gəlmiş Belarus Respublikasının müvafiq qurumlarının vəzifəli şəxslərindən ibarət geniş tərkibdə nümayəndə heyətində təmsil olunmuş Belarusun Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 11 aprel 2017-ci il tarixində Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşmüşlər. Qonaqları səmimi salamlayan nazir müavini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

2019-cu ildə Minsk şəhərində II Avropa oyunlarının keçiriləcəyini xatırladan nümayəndə heyətinin üzvləri bildirmişlər ki, respublikamıza səfərlərinin məqsədi Azərbaycanda keçirilmiş I Avropa oyunlarının təşkili ilə bağlı təhlükəsizlik məsələlərində ölkəmizin təcrübəsinin öyrənilməsidir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev I Avropa oyunları zamanı təhlükəsizliyin aidiyyəti üzrə təmin edilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş işlərdən söz açmışdır. Görüşdə yarışların keçirilməsi üçün nəzərdə tutulmuş obyektlərdə yanğın-texniki müayinələr və monitorinqlərin aparılması, risklərin qiymətləndirilməsi, təxliyyə planlarının dəqiqləşdirilməsi, fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı keçirilmiş təlimlər, cəlb olunmuş qüvvə və vasitələrin operativ idarə olunmasının təmin edilməsi məqsədilə açılmış əməliyyat qərargahının fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Ölkəmizə səfər çərçivəsində belaruslu qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin fəaliyyəti ilə də yaxından tanış olmuşlar. 

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Siyəzən şəhərində vətəndaşların qəbulunun vaxtı dəyişmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 22 iyun 2018-cı il tarixində Siyəzən şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişmişdir. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcəkdir....

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Siyəzən şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  22 iyun 2018-ci il tarixində Siyəzən şəhərində, Siyəzən Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində görüş keçirmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində 14 iyun 2018-ci il tairixində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-leytenant Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. ...

Ardını oxu