Geri

Axtarış – Xilasetmə Qərargahının məlumatı

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində aprelin 9 – u aşkar edilən kişi meyitinin «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 1967 – ci il təvəllüdlü Bəhramov Cavid Həyatxan oğluna məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Digər məlumatlar

FHN DYMX “Fairmont Baku” otelində xüsusi taktiki təlim keçirəcəkdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelində......

Ardını oxu

Belarus FHN-in nümayəndə heyəti fövqəladə hallar nazirinin müavini ilə görüşmüşdür

2019-cu ildə Minskdə təşkil olunacaq II Avropa oyunları ilə əlaqədar ölkəmizə səfərə gəlmiş Belarus Respublikasının müvafiq qurumlarının vəzifəli şəxslərindən ibarət......

Ardını oxu

Azərbaycan Prezidentinin tapşırığına əsasən Cibuti Respublikasına humanitar yardım göndərilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi cari ilin aprel ayının 10-da Azərbaycan Hökuməti adından Cibuti Respublikasına humanitar yardım yola salmışdır. ...

Ardını oxu