Geri

Fövqəladə Hallar Nazirliyində Fransanın ölkəmizdəki səfiri ilə görüş keçirilmişdir

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə görüşmüşdür.

Nazir müavini Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında Fransa səfirinə məlumat vermiş, bu sahədə beynəlxalq təşkilatlar və Avropa ölkələri, o cümlədən Fransanın uyğun qurumları ilə əməkdaşlıq əlaqələrindən ətraflı bəhs etmişdir. E.Mirzəyev fransız diplomatın diqqətinə çatdırmışdır ki, Fövqəladə Hallar Nazirliyi Fransanın uyğun qurumları ilə təcrübə mübadiləsi, yanğın təhlükəsizliyi və xilasetmə işinin təşkili sahələrində daha fəal əməkdaşlıq edə bilər.

Səmimi görüşə görə təşəkkürünü bildirən xanım Orelia Buşez Fransanın dövlət strukturlarının Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirmiş, mülki müdafiə işinin təşkili sahəsində böyük təcrübəyə malik olan fransız qurumlarının azərbaycanlı həmkarları ilə daha sıx əməkdaşlığa hazır olduqlarını söyləmişdir.

Görüşdən sonra səfir və onu müşayiət edən diplomatlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı ilə tanış olmuşlar.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi Xocalı soyqırımı ilə bağlı tədbir keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 21 fevral 2017-cı il tarixində Xocalı soyqırımının 25-cü ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir. ...

Ardını oxu

Axtarış – Xilasetmə qərargahının məlumatı

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin......

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xaçmaz şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  24 fevral 2017-ci il tarixində Xaçmaz şəhərində, nazirliyin Şimal Regional Mərkəzinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu