Geri

Fövqəladə Hallar Nazirliyi 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar konfrans keçirmişdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə 28 fevral 2017-ci il tarixində “Fəlakətlərə qarşı mübarizədə mülki müdafiə sahəsində qarşılıqlı fəaliyyət” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. 1 mart – Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar təşkil edilmiş tədbirin keçirilməsində məqsəd  mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, ictimaiyyətin diqqətini fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi olmuşdur. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin akt zalında baş tutmuş konfransda müvafiq nazirliklərin və dövlət qurumlarının, icra hakimiyyəti orqanlarının və beynəlxalq təşkilatların məsul əməkdaşları iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə respublikamızda Mülki müdafiə qoşunlarının keçdiyi şərəfli yoldan danışaraq dövlət başçısının diqqət və qayğısı nəticəsində əhalinin mülki müdafiəsinin təmin edilməsi sahəsində böyük uğurların əldə edildiyini bildirmişdir. Toplantı iştirakçılarını Ümumdünya Mülki Müdafiə Günü münasibətilə təbrik edən nazir müavini FHN tərəfindən təşkil olunmuş elmi-praktik konfransın sözügedən sahənin inkişafına əhəmiyyətli töhfələr verəcəyinə əmin olduğunu vurğulamışdır.

Sonra tədbir iştirakçıları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə sahəsindəki fəaliyyəti barədə videoçarxı izləmişlər.

Daha sonra konfransda çıxış edən Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü İslam Musabəyov, FHN Mülki müdafiə qoşunları komandanının müavini, Qərargah rəisi polkovnik Aslan Hüseynov, Azərbaycan Qızıl Aypara Cəmiyyəti icraçı katibinin müavini Səbinə Məhbubi İran, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Faiq Kərimov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin şöbə müdiri İsrail Verdiyev mülki müdafiə işinin təşkili istiqamətində təmsil etdikləri qurumların gördüyü işlərdən və qarşıda duran vəzifələrdən danışmış, FHN-in gördüyü işləri yüksək qiymətləndirmişlər.

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov FHN-in əhalinin təhlükəsiz şəraitdə yaşaması və mülki müdafiə işinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir. Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə konfransa yekun vuraraq bildirmişdir ki, FHN ölkəmizin coğrafi xüsusiyyətlərini, müharibə şəraitində olduğumuzu nəzərə alaraq mülki müdafiə sisteminin müasir tələblər səviyyəsində formalaşdırılması, maddi-texniki bazanın daim yenilənməsi və əhalinin maarifləndirilməsi sahəsində gördüyü işləri bundan sonra da əzmlə davam etdirəcəkdir. O, tədbirə qatıldıqlarına görə məruzəçilərə və konfrans iştirakçılarına təşəkkürünü bildirmişdir.

Konfransın sonunda FHN Mülki müdafiə qoşunlarının mülki müdafiə vasitələri nümayiş etdirilmişdir.

 

 

 

 

 

 

 

 

 

 

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Siyəzən şəhərində vətəndaşların qəbulunun vaxtı dəyişmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 22 iyun 2018-cı il tarixində Siyəzən şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişmişdir. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcəkdir....

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Siyəzən şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  22 iyun 2018-ci il tarixində Siyəzən şəhərində, Siyəzən Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində görüş keçirmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində 14 iyun 2018-ci il tairixində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-leytenant Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. ...

Ardını oxu