Geri

Nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdə olmuşdur

Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin Müdafiə məsələləri üzrə dövlət naziri Məhəmməd Əhməd Əl-Bəvardi Əl-Fələsinin dəvəti ilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Abu-Dabi şəhərində keçirilən “IDEX-2017” beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün 18-19 fevral 2017-ci il tarixlərində bu ölkədə işgüzar səfərdə olmuşdur.

Səfər çərçivəsində nümayəndə heyəti, əvvəlcə, Abu-Dabi Əmirliyinin vəliəhdi, Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Məhəmməd bin Zayed Əl Nəhyan tərəfindən qəbul olunmuşdur. Sonra sərgidə nümayiş olunan fövqəladə hallarla mübarizə sahəsində müxtəlif şirkətlərin istehsalı olan ən son texnika və avadanlıqlara baxış keçirilmiş, həmçinin, sərgidə iştirak edən ayrı-ayrı dövlətlərin uyğun qurumları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədi ilə bir sıra yüksək vəzifəli şəxslərlə görüşlər keçirilmiş və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.

Digər məlumatlar

FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17 sentyabr 2018-ci il tarixində məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Akademiyasında andiçmə mərasimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 14 sentyabr 2018-cı il tarixində ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimi keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanla görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 13 sentyabr 2018-ci il tarixində İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür....

Ardını oxu