Geri

FHN-də operativ müşavirə keçirilmişdir

Son günlər paytaxt Bakıda və ölkənin rayonlarında havaların kəskin soyuması, güclü qar yağması nəticəsində yolların buz bağlaması və nəqliyyatın hərəkətinin çətinləşməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyində nazir müavinlərinin və nazirliyin aidiyyəti strukturların rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirilmişdir.

Müşavirədə havaların kəskin pisləşməsi, temperaturun aşağı düşməsi, yolların buz bağlaması ilə bağlı meydana çıxa bilən problemlərin aidiyyəti üzrə aradan qaldırılması istiqamətində tədbirlər müzakirə olunmuş, strukturların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə üzünü tutaraq qarlı-şaxtalı hava şəraitində rastlaşdıqları hər hansı fövqəladə hadisə, düşdükləri çıxılmaz vəziyyətdə, ilk növbədə, dərhal nazirliyin “112” qaynar xəttinə müraciət edilməsini tövsiyə edir, havaların soyuq keçməsi ilə əlaqədar təbii qaza olan tələbatın daha da artması fonunda təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına çağırır. Həmçinin, mümkün fövqəladə hallarla bağlı davranış qaydaları barədə daha ətraflı məlumat almaq üçün nazirliyin fhn.gov.az internet saytına müraciət etmək mümkündür.

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qobustan şəhərində vətəndaşları qəbul etmişdir

28 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qobustan şəhərində... ...

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qobustan şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  28 aprel 2017-ci il tarixində Qobustan şəhərində, Qobustan İdman Kompleksinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

FHN DYMX “Fairmont Baku” otelində xüsusi taktiki təlim keçirəcəkdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelində......

Ardını oxu