Geri

FHN “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirəcəkdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 2017-ci il dekabrın 7-də saat 15:00-da Bakı şəhər Tbilisi prospekti 38 ünvanında yerləşən “Qafqaz Baku city&residences” otelində yanğın-taktiki təlimi keçirəcəkdir.

Təlimin keçirilməsində əsas məqsəd otellərin yanğından mühafizəsi üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsi, mümkün fövqəladə halların, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması ilə bağlı şəxsi heyətin peşəkarlığının daha da artırılmasından ibarətdir.  

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirmişdir

23 may 2018-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilmişdir. ...

Ardını oxu

Yanğın təhlükəsizliyinə həsr olunmuş məşq keçiriləcək

22 may 2018-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu Cavadxan küç 68a ünvanında yerləşən 5 nömrəli tam orta məktəbdə “Yanğın zamanı davranış qaydaları üzrə bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də yanğın zamanı xilasetmə və yanğınsöndürmə bölmələri ilə məktəbin cavabdeh vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətdə iş təcrübəsinin daha......

Ardını oxu