Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti "Dubai Airshow 2017" beynəlxalq aviasiya sərgisində iştirak etmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "Dubai Airshow 2017" beynəlxalq aviasiya sərgisində iştirak etmişdir.

Noyabrın 12-dən 16-dək keçiriləcək "Dubai Airshow 2017" sərgisi ən böyük beynəlxalq aviasiya sərgisi hesab olunur. Sərgidə  dünyanın 60-dan çox ölkəsindən 1200-dən artıq eksponat, 160-dan çox müasir təyyarə nümayiş etdirilir. "Dubai Airshow" sərgisində mülki, hərbi və ümumi təyinatlı aviasiya, kosmik texnika, biznes, təyyarədə təhlükəsizlik, yük aviadaşımaları, aeroportlar üçün həllər, hərbi texnika, texnologiya və aviasiya sənayesində texnologiyalar üzrə pavilyonlar yaradılmışdır.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu