Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 4-də ölkəmizdə səfərdə olan İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin fəaliyyətindən ətraflı danışaraq ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs etmişdir. Nazir çoxşaxəli fəaliyyətə malik olan “Leonardo” şirkəti ilə fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

Səmimi görüşə görə təşəkkürünü bildirən “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo rəhbərlik etdiyi şirkətin Azərbaycanla əməkdaşlıqda hər zaman maraqlı olduğunu diqqətə çatdırmış, fövqəladə hallarla mübarizə sahəsindəki əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin mühümlüyündən danışmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.

Digər məlumatlar

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində görüş keçirmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində 14 iyun 2018-ci il tairixində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-leytenant Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. ...

Ardını oxu

FHN "Qafqaz Baku City Hotel & Residence” otelində yanğın-taktiki təlimi keçirəcəkdir

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 2018-ci il iyunun 12-də saat 15:00-da Bakı şəhər Tbilisi prospekti 34 ünvanında yerləşən “Qafqaz Baku City Hotel & Residence” otelində yanğın-taktiki təlimi keçirəcəkdir. ...

Ardını oxu

Azərbaycan Respublikasi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə ELAN edir

2018-ci ilin çimərlik mövsümü ərzində (15 iyun - 15 sentyabr) vakant matros-xilasedici vəzifələri üzrə keçiriləcək müsabiqədə (kişilər üçün) 18-40 yaşlarında, Azərbaycan dövlət dilini sərbəst bilən, fiziki cəhətdən sağlam, müddətli hərbi xidmət keçmiş, sözügedən peşənin tələblərinə uyğun hazırlığı olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. ...

Ardını oxu