Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabran şəhərində vətəndaşları qəbul etmişdir

27 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şabran şəhərində Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 18 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 101, digər məsələlərlə bağlı müraciət etmiş 96 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.

Digər məlumatlar

“Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş FHN əməkdaşları təltif olunmuşlar

17 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilmişdir. Təltifləri təlim iştirakçılarına təqdim edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev onları təbrik edərək xidmətdə uğurlar arzulamışdır. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur

Oktyabrın 13-də Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur. Nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olmuş, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.​...

Ardını oxu

Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirmişdir. ...

Ardını oxu