Geri

"Fəlakətin azaldılması üzrə Asiya Konfransı-2017" keçirilir

2 oktyabr 2017-ci il tarixində “Pullman” otelində Fövqəladə Hallar Nazirliyi, Asiya Fəlakətlərin Azaldılması Mərkəzi və Yaponiya Nazirlər Kabinetinin təşkilatçılığı ilə "Fəlakətin azaldılması üzrə Asiya Konfransı-2017" öz işinə başlamışdır.

Öncə konfrans iştirakçıları Fəxri Xiyabana gələrək ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq alim akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etmiş, Şəhidlər Xiyabanında uyuyan Vətən oğul və qızlarının məzarları üzərinə gül-çiçək dəstələri düzmüşlər.

İki gün davam edəcək konfransın açılış mərasimində çıxış edən Asiya Fəlakətlərin Azaldılması Mərkəzinin sədri professor Masanori Hamada tədbirin təşkilinə və qonaqpərvərliyə görə Fövqəladə Hallar Nazirliyinə minnətdarlığını bildirmişdir. M.Hamada AFAM-ın qarşıdakı 20 il üçün tədbirlər planının dəqiq müəyyənləşdirilməsinə ehtiyac olduğunu qeyd etmişdir.

Konfransda çıxış edən Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tədbirin təşkili ilə bağlı AFAM və Yaponiya Nazirlər Kabinetinə təşəkkürünü bildirmişdir. Nazir qeyd etmişdir ki, bölgənin üzv ölkələrindən nümayəndələrlə əlaqələri yeniləmək və qarşılıqlı maraq doğuran problemləri müzakirə etmək üçün yaxşı bir vaxtdır. O, demişdir ki, Azərbaycan fəlakət riski yüksək olan ərazidə yerləşir və ölkəmiz üçün vulkan, meşə yanğınları, zəlzələ, torpaq sürüşmələri xarakterik hallardır. Fəlakət riskinin effektiv idarə olunmasının vacibliyini önə çəkən nazir bunun üçün beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır. FHN-in beynəlxalq əməkdaşlığın inkişafında maraqlı olduğunu deyən nazir dünyanın 180 ölkəsi ilə birlikdə Azərbaycanın da "2015-2030-cu illərdə Fəlakət Riskinin Azaldılması üzrə Sendai Çərçivə Proqramı"na qoşulduğunu xatırlatmışdır.

Yaponiya Baş nazirinin müavini Mamoru Maekava fəlakət risklərinin azaldılması üçün müvafiq strategiyalar hazırlanmasının mühümlüyünü önə çəkərək ölkəsində fəlakət risklərinin azaldılması üçün müvafiq tədbirlər planının olduğunu açıqlamışdır.

Birləşmiş Millətlər Təşkilatının Fəlakət Riskinin Azaldılması Ofisinin (UNISDR) proqram rəhbəri Timoti Vilkoks birgə fəaliyyətin və əməkdaşlığın önəmli olduğunu vurğulamışdır.

Sonra konfrans işini sessiyalarla davam etdirmişdir. Konfransın işinə oktyabrin 3-də yekun vurulacaq.

Digər məlumatlar

FHN Şirvan şəhərində taktiki-xüsusi təlimi keçirəcək

15-16 noyabr 2018-ci il tarixlərində Şirvan şəhərində, Şirvan və Cənub İstilik Elektrik Stansiyalarının ərazisində “Fövqəladə hallar zamanı Fövqəladə Hallar Nazirliyinin qurumlarının qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda taktiki-xüsusi təlimi keçiriləcək....

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov BMT-nin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun rəhbərliyi ilə görüşmüşdür

Azərbaycan Respublikasının Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 5 noyabr 2018-ci il tarixində BMT-nin Humanitar məsələlərin Əlaqələndirmə Ofisinin... ...

Ardını oxu

“İNSARAG – 2018 xilasetmə dəstələrinin idarə edilməsi kursu”nun açılışı olmuşdur

5 noyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında BMT-nin Humanitar məsələlərin Əlaqələndirmə Ofisinin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (İNSARAG) təşkilatçılığı və Azərbaycan FHN-in dəstəyi ilə “İNSARAG – 2018 xilasetmə dəstələrinin  idarə edilməsi kursu”nun açılış mərsimi keçirilmişdir. ...

Ardını oxu