Geri

Axtarış – Xilasetmə qərargahının məlumatı

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Hava şəraitinin yaxşılaşması ilə əlaqədar olaraq, kiçik həcmli gəmilər axtarışlara yenidən cəlb edilib və hər gün olduğu kimi bu gün də digər gəmi və üzən vasitələr, helikopterlər, canlı qüvvə və dalğıclar axtarışı davam etdirməkdədir.

Digər məlumatlar

FHN və AMEA arasında işçi müşavirə keçirilmişdir

Mayın 25-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov və AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə işçi müşavirə keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Beyləqan şəhərində vətəndaşları qəbul etmişdir

24 may 2017-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Beyləqan şəhərində Ağcabədi, Füzuli, Xocavənd və Beyləqan rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir....

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Beyləqan şəhərində keçirəcəyi vətəndaşların qəbulunun vaxtı dəyişdirilmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 23 may 2017-ci il tarixində Beyləqan şəhərində, Gənclər Mərkəzinin binasında saat 11.00-dan keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu mayın 24-də keçiriləcəkdir....

Ardını oxu