Geri

FHN və Fransa səfirliyinin keçirdiyi birgə seminar başa çatmışdır

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Fransa Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə təşkilatçılığı ilə 30 sentyabr 2016-cı il tarixində Azərbaycan - Fransız İnstitutunda  “Meşə yanğınlarının idarə olunması” mövzusunda keçirilmiş seminarın iştirakçılarına sertifikatların təqdim olunması mərasimi keçirilmişdir.

Tədbirdə çıxış edən Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri xanım Orelia Buşez bildirmişdir ki, diplomatik fəaliyyəti dövründə Azərbaycanın Respublikası Fövqəladə Hallar Nazirliyi ilə  Fransanın uyğun strukturları arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməmişdir. O,  bu cür  seminarların davamlı təşkil olunmasının vacibliyini vurğulamışdır.

Tədbirdə iştirak edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə Fransa Respublikasının aidiyyəti qurumları arasında əlaqələrin inkişafından razılığını  bildirmiş və hər iki tərəfin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirmişdir.

Daha sonra seminar iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

Qeyd edək ki, seminar sentyabrın 27-də başlamış və dörd gün davam etmişdir.










Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə......

Ardını oxu

FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir (Video)

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir....

Ardını oxu