Geri

Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətinin məlumatı

Xəbər verildiyi kimi, 28 sentyabr 2016-cı il tarixində yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolmuş, nəqliyyatın hərəkətində məhdudiyyət yaranmışdır.

Güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumlarının canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunmuşdur.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 9 ədəd texnika və 33 nəfərdən ibarət şəxsi heyəti Bakı şəhərinin Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Zevin küçəsində, Abşeron rayonu, Qobu qəsəbəsindəki Yeni məhəllədə, Xəzər rayonu, Qala qəsəbəsində, Binəqədi rayonu Beynəlxalq avtovağzalın ətrafı və Əlizadə küçəsində, Babək prospektində suçəkmə işləri aparmışdır.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin 21 ədəd texnikası və 78 nəfərlik şəxsi heyətinin iştirakı ilə Binəqədi rayonu, Biləcəri qəsəbəsində həyətyanı ərazilərin su ilə dolması nəticəsində fərdi yaşayış evlərindən çıxmaqda çətinlik çəkən 14 nəfər, Sabunçu rayonunda 22 nəfər, ümumilikdə 17 nəfəri azyaşlı olmaqla 36 nəfər təhlükəsiz əraziyə çıxarılmış, suçəkəmə işləri aparılmışdır.

Nazirliyin Mülki müdafiə qoşunlarının 16 texnika və 44 nəfərlik şəxsi heyəti isə Sabunçu rayonu, Sabunçu qəsəbəsindəki Dəmiryolu stansiyasının yaxınlığında yağışların törətdiyi fəsadları aradan qaldırmışdır.

Hazırda Suraxanı rayonu Hövsan qəsəbəsində Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd texnika və 7 nəfərlik şəxsi heyəti yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işlərini davam etdirir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə......

Ardını oxu

FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir (Video)

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir....

Ardını oxu