Geri

Fövqəladə Hallar Nazirliyinin, Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin birgə məlumatı

Xəbər verildiyi kimi, 23 aprel 2016-cı il tarixində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankerində yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına “SOS” siqnalı daxil olmuş, dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müvafiq qüvvələri hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunmuşdur. Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülmüşdür.

Digər məlumatlar

FHN Mətbuat Xidmətinin məlumatı (Video)

10 avqust 2019-cu il tarixdə saat 16:58-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Sumqayıt şəhərində mebel sexində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlər hadisə yerinə çatarkən artıq bina tam alovlanmış vəziyyətdə olub.......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Qurban bayramı günlərində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qurumları və regional mərkəzləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.​.....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xətti”nə Bakı şəhərində güclü küləyin yaratdığı fəsadlar və dağıntılarla bağlı müxtəlif xarakterli müraciətlər daxil olub. Həmin müraciətlərə əsasən, 5 avqust 2019-cu il tarixində Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedici qrupları müxtəlif səpkili xilasetmə və təhlükəsizlik əməliyyatları həyata keçiriblər....

Ardını oxu