Geri

Fövqəladə Hallar Nazirliyində hərbi ataşelərlə görüş keçirilmişdir

Fevralın 16-da Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində Azərbaycanda akkreditə olunmuş xarici ölkə səfirliklərinin hərbi ataşeləri ilə görüş keçirilmişdir.

Qonaqlar, əvvəlcə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, eyni zamanda, Multi-media Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.

Sonra nazirliyin müvafiq struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə hərbi ataşelərə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər, nazirliyin beynəlxalq əməkdaşlığı barədə ətraflı məlumat verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır. Görüşdə, həmçinin, Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə həsr olunmuş sənədli film və keçirilmiş irimiqyaslı təlimdən bəhs edən videoçarx nümayiş olunmuşdur.

Digər məlumatlar

Vətəndaşın FHN-in facebook səhifəsinə müraciətinə çevik reaksiya verildi

Fövqəladə Hallar Nazirliyinin rəsmi facebook səhifəsinə (https://www.facebook.com/officialfhn/) vətəndaş tərəfindən edilmiş şikayət əsasında FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video - Foto)

Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Nizami rayonunun inzibati ərazisində aparılan tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman......

Ardını oxu

FHN-in Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan növbəti modul tipli hospitalının inşa edilməsi... ...

Ardını oxu