Geri

FHN əməkdaşları üçün inşa edilmiş növbəti yaşayış binaları istifadəyə verilmişdir

Fövqəladə Hallar Nazirliyinin sosial proqramına uyğun olaraq, dekabrın 31-də Bakının Xəzər rayonunun Türkan qəsəbəsində nazirliyin əməkdaşları üçün inşa olunmuş hər biri 5 mərtəbəli, 40 mənzilli 2 yaşayış binası istifadəyə verilmişdir.

Mərasimdə fövqəladə hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev iştirak etmişdir.

Mərasimdə çıxış edən nazir müavini general-leytenant Etibar Mirzəyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, belə bir əlaqmətdar günlərdə yeni ili yeni evlərində qarşılayacaq nazirlik əməkdaşlarına və onların ailə üzvlərinə ən xoş arzularını çatdırmışdır. Bütün bu işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olduğunu deyən nazir müavini xidməti mənzillərin müasir tələblərə cavab verdiyini və hər cür şəraitlə təmin olunduğunu diqqətə çatdırmışdır. Əmin olduğunu bildirmişdir ki, dövlətimizin bu dəyərli hədiyyəsi nazirlik əməkdaşlarının daha əzmkar fəaliyyət göstərmələrinə əlavə təkan verəcəkdir.

Sonra nazir müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə yeni mənzillərin açarlarını sahiblərinə təqdim etmişdir. Daha sonra binanın rəmzi açılışını bildirən qırmızı lent kəsilmişdir.

Qeyd edək ki, mərkəzi istilik sistemi və bütün kommunal şəraiti olan, lazımi mebel avadanlıqları ilə təchiz olunmuş yaşayış binaları Fövqəladə Hallar Nazirliyi Əsaslı Tikinti İdarəsinin sifarişi və “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutunun layihəsi əsasında ən müasir standartlara uyğun olaraq inşa edilmişdir.

Digər məlumatlar

FHN-in Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib

17 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. ...

Ardını oxu

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasına dair məlumat

Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (Video)

11 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonunun......

Ardını oxu