Geri

Nazir Kəmaləddin Heydərov İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov 30 noyabr 2016-cı il tarixində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə hallarla mübarizə sahəsində görülən işlərdən, İranın uyğun qurumları ilə bu sahədə əməkdaşlıq əlaqələrindən danışmış və gələcək münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu diqqətə çatdırmışdır.

İranın rabitə və informasiya texnologiyaları naziri , İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək qarşılıqlı faydalı əməkdaşlığın demək olar ki, bütün sahələri əhatə etdiyini bildirmişdir. O, Azərbaycan-İran əməkdaşlığının daha da inkişaf edəcəyinə əminlik ifadə etmişdir.

Görüşdə gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

Görüşdən sonra qonaqlar nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə yerində tanış olmuşlar.

 

Digər məlumatlar

FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17 sentyabr 2018-ci il tarixində məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Akademiyasında andiçmə mərasimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 14 sentyabr 2018-cı il tarixində ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimi keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanla görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 13 sentyabr 2018-ci il tarixində İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür....

Ardını oxu