Geri

FHN Mətbuat xidmətinin məlumatı

29 noyabr 2016-cı il tarixində İsraildə yanğınların söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığı elan edilmişdir. Bununla əlaqədar olaraq İsrail Dövlətinin daxili təhlükəsizlik naziri Gilad Erdan İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşmüş, yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə onlara təşəkkürünü bildirmiş, İsrail Dövlətinin Baş naziri cənab Benyamin Netanyahunun imzası ilə təsdiq olunuş diplom və sertifikatlar təqdim etmişdir.

Həmçinin, yanğınların söndürülməsində göstərdikləri şücaətə görə, Azərbaycan FHN əməkdaşları İsrail Hərbi Hava Qüvvələrinin xatirə medalı ilə təltif olunmuşlar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, noyabrın 25-dən etibarən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilmişdir.


Digər məlumatlar

FHN-in Akademiyasında məzun buraxılışı və “Bilik günü” münasibətilə tədbir keçirilmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 17 sentyabr 2018-ci il tarixində məzun buraxılışı və “Bilik günü”nə həsr olunmuş tədbir keçirilmişdir. ...

Ardını oxu

FHN-in Akademiyasında andiçmə mərasimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 14 sentyabr 2018-cı il tarixində ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə mərasimi keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanla görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov 13 sentyabr 2018-ci il tarixində İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür....

Ardını oxu