Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 25 noyabr 2016-cı il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda yalnız Ağdam, Bərdə, Tərtər rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Avqustun 10-da axşam saatlarından başlayaraq avqustun 11-də səhər saatlarınadək Respublikanın bəzi şimal-qərb rayonlarında fasilələrlə yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala və Balakən rayonlarında bəzi ərazilərin subasmaya məruz qalması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rayon İcra Hakimiyyətlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyində Bakı şəhərinin Baş Planı ilə bağlı müzakirələr aparılmışdır

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində Bakı şəhərinin Baş Planının müzakirəsi məqsədilə görüş keçirilmişdir. Görüşdə fövqəladə hallar nazirinin müavinləri  - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə,  general-leytenant Ragim Lətifov, Orucəli Hacıyev, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Anar Quliyev, "The Boston Consulting Group" şirkətinin ekspertləri......

Ardını oxu

“TENİZ-2018” beynəlxalq kompleks təlimi başa çatmışdır (VIDEO)

Xəbər verdiyimiz kimi, Qazaxıstan Respublikasının Mangistau vilayətində start götürən və 2 gün davam edən “TENİZ-2018” beynəlxalq kompleks təlimi avqustun 3-də  sona çatmışdır ...

Ardını oxu