Geri

Nazir Kəmaləddin Heydərov Hindistanın ölkəmizdəki səfiri Sanjay Rana ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana ilə görüşmüşdür.

Qonağı səmimi salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs etmişdir. O, nazirliyin nümayəndə heyətinin gələn ay Hindistanda keçiriləcək Fəlakət Risklərinin Azaldılması üzrə Asiya Nazirlər Konfransında iştirak edəcəyini diqqətə çatdırmış, bu mühüm tədbirin həm də hər iki ölkənin uyğun qurumları arasında əməkdaşlığa yeni töhfə olacağını vurğulamışdır.

Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Sanjay Rana əlavə etmişdir ki, Hindistan Respublikasınn müvafiq qurumları ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın geniş perspektivləri vardır və bu perspektivlərdən yararlanmaq üçün ölkəmizdəki diplomatik fəaliyyəti müddətində səylərini əsirgəməyəcəkdir.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Avqustun 10-da axşam saatlarından başlayaraq avqustun 11-də səhər saatlarınadək Respublikanın bəzi şimal-qərb rayonlarında fasilələrlə yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala və Balakən rayonlarında bəzi ərazilərin subasmaya məruz qalması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rayon İcra Hakimiyyətlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyində Bakı şəhərinin Baş Planı ilə bağlı müzakirələr aparılmışdır

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində Bakı şəhərinin Baş Planının müzakirəsi məqsədilə görüş keçirilmişdir. Görüşdə fövqəladə hallar nazirinin müavinləri  - tibb xidməti general-leytenantı Faiq Tağı-zadə,  general-leytenant Ragim Lətifov, Orucəli Hacıyev, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Anar Quliyev, "The Boston Consulting Group" şirkətinin ekspertləri......

Ardını oxu

“TENİZ-2018” beynəlxalq kompleks təlimi başa çatmışdır (VIDEO)

Xəbər verdiyimiz kimi, Qazaxıstan Respublikasının Mangistau vilayətində start götürən və 2 gün davam edən “TENİZ-2018” beynəlxalq kompleks təlimi avqustun 3-də  sona çatmışdır ...

Ardını oxu