Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 19-da ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxşin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə danışmış, bu sahədə İran İslam Respublikasının müvafiq qurumları ilə yüksək səviyyəli əməkdaşlıqdan ətraflı bəhs etmişdir. O, belə səfərlərin uyğun qurumlar arasında əlaqələrin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını da qeyd etmişdir.

Nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının Ərdəbil Əyalətinin valisi Məcid Xudabəxş səmimi görüşə görə təşəkkürünü bildirmiş, rəhbərlik etdiyi əyalətin Azərbaycanla müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırmış və münasibətin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir. Vali Məcid Xudabəxş Azərbaycan Respublikasının bir neçə şəhərində olduğunu və bu səfərlər zamanı ölkədə gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu da qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

 

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Siyəzən şəhərində vətəndaşların qəbulunun vaxtı dəyişmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 22 iyun 2018-cı il tarixində Siyəzən şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişmişdir. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcəkdir....

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Siyəzən şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  22 iyun 2018-ci il tarixində Siyəzən şəhərində, Siyəzən Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində görüş keçirmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində 14 iyun 2018-ci il tairixində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-leytenant Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. ...

Ardını oxu