Geri

FHN-in təyyarəsi Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçilərin meyitlərini gətirmək üçün yola düşmüşdür

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda  2 kişi cəsədi aşkar edilmiş və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılmışdır.  Cəsədlərə ilkin baxış zamanı birinin geyiminin üzərində “Azneft” sözləri yazıldığı müəyyən edilmişdir.

Məlumat daxil olduqdan sonra  FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və respublikaya gətirilməsi üçün Türkmənistana yola düşmüşdür.

Digər məlumatlar

FHN “Alov qüllələri” kompleksində xüsusi taktiki təlim keçirəcəkdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti 2017-ci il sentyabrın 18-də saat 15:00-da Bakı şəhərində “Alov qüllələri” kompleksində “İnsanların təxliyyəsi və baş vermiş hadisəyə müdaxilənin düzgün təşkili” mövzusunda xüsusi taktiki təlim keçirəcəkdir....

Ardını oxu

FHN-in Akademiyasında “Bilik günü” münasibətilə tədbir keçirilmişdir

15 sentyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Bilik günü” münasibətilə tədbir keçirilmişdir. ...

Ardını oxu

Azərbaycanın Rohingya müsəlmanlarına göndərdiyi humanitar yardım ünvana çatdırılmışdır (VİDEO+FOTO)

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən sentyabrın 8-də axşam saatlarında 100 ton humanitar yardım göndərilmişdir....

Ardını oxu