01 iyun 2016-cı il, 03:39
Xəzərin Türkmənistan sahillərində tapılan meyitin “Günəşli” yatağındakı 10-cu özüldə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir
29 yanvar 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.

Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılmışdır.

Digər məlumatlar

30 may 2016-cı il

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Əfqanıstanın Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 30-da Əfqanıstan İslam Respublikasının Təhlükəsizlik Şurasının katibi Mohammad Xanif Atmarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür...

27 may 2016-cı il

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Saatlı şəhərində vətəndaşları qəbul etmişdir
27 may 2016-cı il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Saatlı şəhərində Saatlı, Sabirabad, İmişli, Hacıqabul rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

25 may 2016-cı il

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Saatlı şəhərində vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 27 may 2016-cı il tarixində Saatlı şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 16.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.

19 may 2016-cı il

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Maastrixt Menecment Məktəbinin prezidenti Rene van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov mayın 19-da Maastrixt Menecment Məktəbinin prezidenti, Niderland Krallığı Senatının sabiq sədri, AŞPA-nın fəxri sədri Rene van der Lindenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet informasiya portalı