Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində vətəndaşları qəbul etmişdir

29 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində Naftalan və Mingəçevir şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 24 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 233, digər məsələlərlə bağlı müraciət etmiş 82 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.

Qəbuldan sonra nazir Kəmaləddin Heydərov Goranboy rayonu, Tapqaraqoyunlu kəndində olmuş, kənd sakinləri ilə görüşmüşdür. Nazir sakinlərin problemləri ilə maraqlanmış, qəzalı vəziyyətdə olan evlərə baxış keçirərək müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir. Kənd sakinlərinin müraciətləri nəzərə alınaraq, ermənilər tərəfindən kənd ərazisindəki əkin sahələri və digər yerlərdə qəsdən törədilən yanğınların daha operativ söndürülməsini təmin etmək üçün kənddə yanğından mühafizə bölməsinin yaradılması və bu gündən etibarən ərazidə yanğınlarla fasiləsiz mübarizənin təmin edilməsi üçün tapşırıq verilmişdir.

Sakinlər kənd əhalisinə göstərdiyi xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirmişlər.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

12.07.2018-ci il tarixində saat 14:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonunun Bico kəndi (Ağsu RDYMH-dən 19 km uzaqlıqda) yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə yanğın baş verməsi barədə də məlumat daxil olmuşdur.   ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğın söndürülmüşdür. Əlavə məlumat veriləcək....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə saat 16:15-də Yevlax rayonu Xanabad kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olmuşdur.  ...

Ardını oxu