Geri

FHN və AEBA-nın birgə layihəsi çərçivəsində seminar keçirilir

7 sentyabr 2015-ci il tarixində Bakı şəhərindəki “Kempinski Badamdar” otelində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə həyata keçirdiyi “Ətraf mühitin bərpası üzrə proqramların dəstəklənməsi” adlı texniki əməkdaşlıq layihəsi çərçivəsində “Bərpa prosesindən sonra ərazilərin bağlanması, uzunmüddətli nəzarəti və texniki xidməti” mövzusunda regional seminar öz işinə başlamışdır.

Seminarda Azərbaycan, Böyük Britaniya, Bolqarıstan, Belarus, Qırğızıstan, Ukrayna, Xorvatiya, Estoniya, Gürcüstan, Macarıstan, Qazaxıstan, Latviya, Litva, Rumıniya, Rusiya Federasiyası, Slovakiya, Serbiya, Tacikistan, Özbəkistan və ABEA-dan 70 nümayəndə iştirak edir.

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə seminar iştirakçılarını salamlamış, bu tədbirin region ölkələrində ətraf mühitin mühafizəsi üçün əhəmiyyətindən bəhs etmişdir.

Seminarda çıxış edən ABEA-nın Texniki Əməkdaşlıq Departamentinin nümayəndəsi Andrey Çupov və Atom Enerjisi Departamentinin bölmə rəhbəri Horst Riçard Monken Fernandes, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsini müvəqqəti icra edən Vüqar Hüseynov bərpa edilmiş obyektlərin bağlanması, uzunmüddətli nəzarəti və texniki xidməti zamanı istifadə olunan ən müasir metodologiyalardan bəhs etmiş, Neftçala rayonu və Bakı şəhərinin Ramana qəsəbəsində  FHN-in rəhbərliyi və Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin nəzarəti altında uğurla həyata keçirilən neft məhsulları və digər tullantılarla çirklənmiş ərazilərin təmizlənməsi layihələrini slaydlar vasitəsilə təqdim etmişlər. 

Seminar öz işini davam etdirir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (Video-Foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, qonşu Gürcüstanla sərhəddə... ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən qonşu Rusiya Federasiyası... ...

Ardını oxu

FHN Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait köçürüb....

Ardını oxu