Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yardımlı şəhərində vətəndaşları qəbul etmişdir

30 sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yardımlı şəhərində Yardımlı, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 25 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 65, digər məsələlərlə bağlı müraciət etmiş 80 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.

Sonra nazir Kəmaləddin Heydərov sakinlərin müraciətlərini nəzərə alaraq Yardımlı rayonu, Köryədi və Əsədabad kəndlərində bərpa-gücləndirməyə ehtiyacı olan bir neçə evə baxış keçirmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir.

Digər məlumatlar

FHN-in çimərliklərdən istifadəyə dair əhaliyə müraciəti (Video)

Çimərlikdə xoş zaman keçirmək üçün Fövqəladə Hallar Nazirliyi bir sıra təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini bildirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (yenilənib - Video)

Xəbər verildiyi kimi, bu gün Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddətdə söndürülüb......

Ardını oxu