Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Göyçay şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 iyun 2015-ci il tarixində Göyçay şəhərində, Heydər Əliyev Mərkəzində, saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda yalnız Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaqdır.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır. 

Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 81) 29 iyun 2015-ci il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

Digər məlumatlar

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu