Geri

Fövqəladə Hallar Nazirliyində Birinci Avropa Oyunlarının açılış mərasiminə hazırlıq işləri ilə əlaqədar müşavirə keçirilmişdir (Video)

11 iyun 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Bakı-2015” Birinci Avropa Oyunlarının açılış mərasiminə aidiyyəti üzrə hazırlıq işləri ilə əlaqədar fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə müşavirə keçirilmişdir.

Müşavirədə Birinci Avropa Oyunları ilə əlaqədar nazirlikdə yaradılmış Əməliyyat Qərargahının rəhbəri, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin Birinci Avropa Oyunlarının açılış mərasimi ilə bağlı aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi sahəsində görülmüş işlər barədə geniş məruzəsi dinlənilmişdir.

Sonra nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Dövlət Sularda Xilasetmə, Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları, Aviasiya dəstəsi, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və Rabitə idarəsinin rəhbərləri görülən işlər haqqında məruzələr etmişlər.

Nazir Kəmaləddin Heydərov Birinci Avropa Oyunlarının açılış mərasimi ilə əlaqədar aidiyyəti üzrə təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün müvafiq tapşırıqlarını vermişdir.



Digər məlumatlar

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu