Geri

Birinci Avropa Oyunları ilə əlaqədar FHN-də yaradılmış Əməliyyat Qərargahında müşavirə keçirilmişdir (VİDEO)

1 iyun 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsində Birinci Avropa Oyunları ilə əlaqədar nazirlik tərəfindən yaradılmış Əməliyyat Qərargahında müşavirə keçirilmişdir. Müşavirədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, “Bakı-2015” Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və Təhlükəsizlik Departamentinin direktoru Piter Aşvin iştirak etmişdir.

Müşavirədə Əməliyyat Qərargahının rəhbəri, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin Birinci Avropa Oyunları ilə bağlı aidiyyəti üzrə təhlükəsizliyin təmin edilməsi sahəsində nazirliyin gördüyü işlər barədə geniş məruzəsi dinlənilmişdir.

Məruzənin təqdimatı zamanı Avropa Oyunlarının keçiriləcəyi idman obyektləri, habelə Atletlər Kəndi ilə birbaşa telekörpü təşkil olunmuş, hər bir obyekt üzrə yaradılmış qərargah rəhbərləri görülmüş işlərlə bağlı məruzələr etmişlər.

Sonra nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi polkovnik Adil Abdullayev Fövqəladə Hallar Nazirliyində yaradılmış Əməliyyat Qərargahının fəaliyyətinin müasir səviyyədə qurulması, nazirliyin qüvvə və vasitələrinin effektli idarə edilməsi məqsədilə informasiya-kommunikasiya texnologiyalarının tətbiq edilmiş ən son yenilikləri barədə məruzə etmişdir.

Nazir Kəmaləddin Heydərov Birinci Avropa Oyunları ilə əlaqədar təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi üçün müvafiq tapşırıqlarını vermişdir.

Sonda çıxış edən “Bakı-2015” Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Birinci Avropa Oyunları ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi sahəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş işləri yüksək qiymətləndirmiş və bununla bağlı öz təşəkkürünü bildirmişdir.



Digər məlumatlar

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu