Geri

FHN-in Akademiyasında “Xocalıya ədalət!” mövzusunda tədbir keçirilmişdir

25 fevral 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Xocalıya ədalət!” mövzusunda tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Mərasimdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Pənah Süleymanov Xocalı soyqırımının Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu bildirmişdir. O, erməni hərbi birləşmələri tərəfindən Xocalıda xalqımıza qarşı etnik təmizləmə siyasətinin aparılmasını və dinc əhalinin qətlə yetirilməsində əli olan cinayətkarların öz layiqli cəzalarını alacaqlarına inandığını vurğulamışdır.

Tədbirdə qeyd olunmuşdur ki, məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra bu faciəyə hüquqi-siyasi qiymət verilmişdir.

Digər çıxış edənlər də erməni qəsbkarları tərəfindən törədilmiş və bəşəriyyət tarixində ən qanlı qətliamlardan biri sayılan Xocalı soyqırımı və onun ağır nəticələri barədə mərasim iştirakçılarına ətraflı məlumat vermişlər.

Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Məhv edilmiş şəhər, Xocalı” filmi nümayiş olunmuşdur.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Qurban bayramı günlərində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qurumları və regional mərkəzləri gücləndirilmiş iş rejimində işləyəcəkdir....

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qəbələ şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  24 avqust 2018-ci il tarixində Qəbələ şəhərində, Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatı

Avqustun 10-da axşam saatlarından başlayaraq avqustun 11-də səhər saatlarınadək Respublikanın bəzi şimal-qərb rayonlarında fasilələrlə yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala və Balakən rayonlarında bəzi ərazilərin subasmaya məruz qalması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi tərəfindən Rayon İcra Hakimiyyətlərinin iştirakı ilə təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir......

Ardını oxu