Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Astara şəhərində vətəndaşları qəbul etmişdir

20 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Astara şəhərində Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 24 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 215, digər məsələlərlə bağlı müraciət etmiş 231 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq qurum rəhbərləri tərəfindən qəbul olunmuşdur.

Digər məlumatlar

FHN işçilərinin Həmkarlar İttifaqı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirmişdir

23 may 2018-cı il tarixində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirilmişdir. ...

Ardını oxu

Yanğın təhlükəsizliyinə həsr olunmuş məşq keçiriləcək

22 may 2018-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu Cavadxan küç 68a ünvanında yerləşən 5 nömrəli tam orta məktəbdə “Yanğın zamanı davranış qaydaları üzrə bilik və bacarıqların təkmilləşdirilməsi, eləcə də yanğın zamanı xilasetmə və yanğınsöndürmə bölmələri ilə məktəbin cavabdeh vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətdə iş təcrübəsinin daha......

Ardını oxu