Geri

FHN Akademiyasında Gənclər Günü münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 2 fevral 2015-ci il tarixində Gənclər Günü münasibətilə tədbir keçirilmişdir.  

FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və FHN əməkdaşları, əvvəlcə, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, onun əziz xatirəsini ehtiramla yad etmişlər.

FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tədbiri açıq elan edərək gəncləri bayram münasibətilə təbrik etmişdir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev nazirliyin rəhbərliyinin gənclərə təbrikini çatdırmış, ölkəmizdə gənc nəslə göstərilən yüksək dövlət qayğısından bəhs etmişdir. O, vurğulamışdır ki, gənc nəsil torpaqlarımızın bütövlüyü və müstəqillik uğrunda canlarını fəda etmiş şəhidlərimizin qəhrəmanlığından nümunə götürməli, Vətənimizin müstəqilliyini qorumaq və gələcək nəsillərə çatdırmaq kimi müqəddəs amala xidmət etməlidir.   

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri də gənclərə bayram təbriklərini çatdırmış, tədbirin təşkil olunmasını yüksək qiymətləndirmişlər. Çıxışlarda vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdə gənclərə qayğı mühüm yer tutur. Məhz onun təşəbbüsü ilə Azərbaycanda Gənclər Günü təsis olunmuşdur. Bu gün Azərbaycan gənclərinin qayğısız böyüməsi, təhsili və əmək fəaliyyəti üçün Azərbaycan dövləti tərəfindən hər cür şərait yaradılmışdır. Əsası ulu öndərimiz tərəfindən qoyulan  mütərəqqi siyasət möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin struktur bölmələrində çalışan, vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusi fərqlənmiş gənc əməkdaşlar fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Tədbir incəsənət xadimlərinin çıxışları ilə sona çatmışdır.

 

 

Digər məlumatlar

Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilib

20 fevral 2019-cu il tarixində Doha şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ikinci iclası keçirilib. ...

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Quba şəhərində vətəndaşların qəbulunun tarixi dəyişib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  22 fevral 2019-cu il tarixində Quba şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi dəyişib....

Ardını oxu

FHN-də Özbəkistan nümayəndə heyəti ilə görüş keçirilib

Ölkəmizdə səfərdə olan Özbəkistanın tikinti nazirinin müavini Erkin İsgəndərovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 19-da Fövqəladə Hallar Nazirliyində olub....

Ardını oxu