Geri

Azərbaycan Prezidentinin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyi Tacikistan Respublikasına humanitar yardım göndərmişdir (Video)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi cari ilin dekabr ayının 27-də Azərbaycan Hökuməti adından Tacikistan Respublikasının Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım yola salmışdır.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan, 11 yük maşınından ibarət və ümumi dəyəri 800 min manat olan humanitar yardıma 9.5 ton qənd, 9.5 ton şəkər tozu, 15 ton düyü, 3 ton çay, 16 tondan artıq bitki yağı, 19 ton un, 19 ton makaron, 18 tondan artıq vermeşil, 2000 ədəd yataq dəsti (yastıq, ədyal, döşək ağı dəsti), 50 ədəd generator, 110 ədəd çadır, 6000 kv m dam örtüyü (dəmir şifer) və 30 kub m taxta daxildir.

Qeyd edək ki, humanitar yardımın yola salınması mərasimində Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və Tacikistan Respublikasının ölkəmizdəki səfirliyinin 1-ci katibi Salimi Xatloni iştirak etmişlər. 



Digər məlumatlar

FHN sosial dəstək tədbirlərini davam etdirir (Video - Foto)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz birlikdə güclüyük!" çağırışına əsasən, Fövqəladə Hallar Nazirliyi Ramazan bayramı günlərində də sosial dəstək tədbirlərini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Bu gün bir sıra internet saytları və sosial şəbəkə səhifələrində guya Bakıda "Alov qüllələri" adlanan ərazinin yaxınlığında “güclü yanğın” baş verməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına kursant qəbulu elan edilir (Video)

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasına 2020/2021-ci tədris ili üçün təhsilin bakalavriat səviyyəsinə kursant qəbulu elan edilir. ...

Ardını oxu