Geri

27 dekabr 2015-ci il “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti tapılmışdır

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin meyiti Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmişdir.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 60km uzaqlıqda  “Berkar” gəmisi  kişi cəsədi aşkarlamışdır. Dərhal yaxınlıqda olan  Türkmənistana məxsus “BAYAN” gəmisinə məlumat ötürülmüş və cəsəd borta alınaraq Türkmənbaşı dəniz limanına aparılmışdır.  Cəsədin üzərindən çıxan şəxsiyyət vəsiqəsinə əsasən, onun SOCAR-ın işçisi Qasımov İman Şura oğlu olduğu müəyyən edilmişdir.

Məlumat daxil olduqdan dərhal sonra  FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədinin respublikaya gətirilməsi üçün hadisə yerinə yola düşmüşdür. 

Digər məlumatlar

Nazir Kəmaləddin Heydərov Serbiyanın daxili işlər naziri Neboyşa Stefanoviçlə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov dekabrın 5-də Serbiya Respublikasının daxili işlər...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Məlumat verildiyi kimi, İsrail Dövlətinin Hökumətinin müraciəti əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin...

Ardını oxu

Nazir Kəmaləddin Heydərov İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov 30 noyabr 2016-cı il tarixində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının rabitə ...

Ardını oxu