Geri

Fövqəladə Hallar Nazirliyinin kollektivi həlak olmuş polislərin məzarını ziyarət etmişdir

28 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və digər məsul şəxsləri II Fəxri Xiyabana gələrək, Bakı şəhərinin Nardaran qəsəbəsində Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsini planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı dəstəyə qarşı keçirilən xüsusi əməliyyat zamanı qəhrəmancasına həlak olmuş polis əməkdaşlarının məzarlarını ziyarət etmişlər. Polis əməkdaşlarının xatirəsi ehtiramla yad edilmiş, məzarları önünə əklil və gül dəstələri qoyulmuşdur.

 

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu