Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri ilə görüşmüşdür

Noyabrın 26-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gürcüstanın daxili işlər naziri Giorgi Mğebrişvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazir qonağa ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Nazir Kəmaləddin Heydərov hər iki nazirlik arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırmışdır.

Səmimi görüşə görə təşəkkürünü bildirən Gürcüstanın daxili işlər naziri Giorgi Mğebrişvili Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi ilə bağlı təbriklərini çatdırmışdır. Qonaq Azərbaycanla Gürcüstanın fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında əlaqələrin daha da dərinləşməsi və inkişaf etdirilməsinin böyük əhəmiyyətini qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə olunması və Əməliyyat zallarının fəaliyyəti ilə tanış olmuşlar.

Digər məlumatlar

“Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş FHN əməkdaşları təltif olunmuşlar

17 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Serbiya-2018” beynəlxalq təlimində fərqlənmiş bir qrup FHN əməkdaşının təltif olunması mərasimi keçirilmişdir. Təltifləri təlim iştirakçılarına təqdim edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev onları təbrik edərək xidmətdə uğurlar arzulamışdır. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur

Oktyabrın 13-də Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur. Nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olmuş, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.​...

Ardını oxu

Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirmişdir. ...

Ardını oxu