Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının daxili işlər nazirinin müavinini qəbul etmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 25-də nazirliyin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilmiş “Xəzər-2015” komanda-qərargah təlimini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikası daxili işlər nazirinin müavini, Böhranların İdarə edilməsi Təşkilatının sədri İsmayıl Nəccarı qəbul etmişdir.

Nazir Kəmaləddin Heydərov qonağı səmimiyyətlə salamlamış, komanda-qərargah təlimini müşahidə etmək üçün ölkəmizə səfər etdiyinə görə təşəkkürünü bildirmişdir. O, iki dost və qonşu ölkənin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində uğurlu əməkdaşlığından məmnun olduğunu da diqqətə çatdırmışdır.

İsmayıl Nəccar səmimi qəbula və müvəffəqiyyətlə keçən “Xəzər-2015” komanda-qərargah təlimini müşahidə etmək üçün dəvətə görə təşəkkürünü bildirmiş, rəhbərlik etdiyi təşkilatın Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığının daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatı

Quba rayonu ərazisində itkin düşmüş alpinistlərin axtarışları yanvarın 17-də davam etmişdir. Axtarış işləri Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının və peşəkar alpinistlərdən ibarət könüllü dəstələrin iştirakı, həmçinin müvafiq texnika və xilasetmə avadanlıqlarının tətbiqi ilə aparılır. ...

Ardını oxu

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmilərə texniki baxış keçirəcəkdir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətində 2018-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxış aşağıdakı cədvələ uyğun keçiriləcəkdir: ...

Ardını oxu