Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının Gilan əyalətinin nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 17-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Gilan əyalətinin nümayəndə heyəti ilə görüşmüşdür.

Görüş zamanı nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlərdən, bu sahədə İran İslam Respublikasının müvafiq qurumları ilə məhsuldar əməkdaşlıqdan ətraflı bəhs etmişdir. O, iki dost ölkənin nümayəndə heyətləri arasında qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini də qeyd etrmişdir.

Nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının Gilan əyalətinin valisi Məhəmmədəli Nəcəfi səmimi görüşə görə təşəkkürünü bildirmiş, başçılıq etdiyi əyalətin Azərbaycanla müxtəlif sahələrdə uğurlu əməkdaşlığından danışmışdır. Tərəflər arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə geniş müzakirə aparılmışdır.

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İmişli şəhərində vətəndaşları qəbul etmişdir

7 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov İmişli şəhərində Sabirabad, Saatlı, Hacıqabul və İmişli rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir....

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən İmişli şəhərində vətəndaşların qəbulunun tarixi dəyişmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 noyabr 2018-ci il tarixində İmişli şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişdirilərək 7 dekabr 2018-ci il tarixinə təyin edilmişdir....

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov İmişli şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  30 noyabr 2018-ci il tarixində İmişli şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu