Geri

FHN-in yaradılmasının 10 illiyi münasibətilə “Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcəkdir

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə 2015-ci ilin noyabr ayında müvafiq texnika və avadanlıqlar cəlb edilməklə nazirliyin xilasetmə qurumlarının şəxsi heyətinin iştirakı ilə “Xəzər-2015” komanda-qərargah təlimi keçiriləcəkdir.

Komanda-qərargah təlimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində keçiriləcəkdir. Hazırda göstərilən ərazidə, Şıxov çimərliyinin yaxınlığında təyyarə və helikopterlərdən də istifadə edilməklə təlimə hazırlıq məşqləri keçirilir.       

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir

12 oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Aparatı işçilərinin Həmkarlar İttifaqı Komitəsinin hesabat-seçki konfransı keçirilmişdir. ...

Ardını oxu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov oktyabrın 4-də ölkəmizdə səfərdə olan İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətinin məlumatı

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin və Abşeron rayonunun bəzi ərazilərində fərdi yaşayış evləri və həyətyanı sahələr, digər obyektlər və onların ətrafı yağış suları ilə dolmuşdur. Yağan yağışlarla əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xətti"nə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olmuşdur....

Ardını oxu