Geri

FHN-in Bakı Regional Mərkəzi təlim keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) ilə birgə 16 oktyabr 2015-ci il tarixində Bakı Ali Neft Məktəbində “Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində” mövzusunda təlim keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd fövqəladə hallara hazırlıq səviyyəsinin yoxlanılması, birgə fəaliyyətin uzlaşdırılmasının məşq edilməsi ilə yanaşı,  məktəbin kollektivinin fövqəladə hadisələrdən mühafizə üsulları və bu cür hallarda hərəkət qaydaları ilə bağlı bilik və bacarıqlarını təkmilləşdirməkdən ibarət olmuşdur.

Tədbirdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu iştirak etmişdir.

FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Dövlət Sularda Xilasetmə və Tibb xidmətlərinin, Mülki müdafiə qoşunlarının, Bakı şəhər Baş Polis İdarəsi, Bakı şəhər Baş Səhiyyə İdarəsi, “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu” ASC, “Azərişıq” ASC-nin əməkdaşları, Bakı Ali Neft Məktəbinin pofessor-müəllim və tələbə heyəti təlimə cəlb edilmişdir.

Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov keçirilən təlimin əhəmiyyətindən bəhs etmişdir.

Daha sonra çıxış edən natiqlər “Fövqəladə halların təsnifatı”, “Kollektiv mühafizə qurğuları”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın-partlayış və nəqliyyat qəzası zamanı nə etməli”, “Radiasiya, kimya və bioloji xarakterli fövqəladə hallar zamanı nə etməli”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli” mövzularında çıxış etmişdir.

Praktik hissə Fövqəladə Hallar Nazirliyinin qurumları, Bakı şəhər təyinatlı digər xidmət və təşkilatların qüvvə və vasitələri, eləcə də Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbələrinin iştirakı ilə taktiki-xüsusi təlim ilə başlamışdır. Təlim zamanı Bakı şəhərinin 60 km cənubunda, episentri Xəzər dənizində olmaqla Rixter cədvəli üzrə 7-8 bal gücündə baş verməsi simulyasiya edilmiş zəlzələ zamanı təxliyyə planına müvafiq olaraq ali məktəbin professor-müəllim heyətinin və tələbələrin təhlükəsiz əraziyə təxliyyəsi həyata keçirilmiş, hadisə yerində mühəndis, kimya və bioloji kəşfiyyat aparılmış, xəsarət alanlara ilkin tibbi yardım göstərilmiş, dağıntılar altında qalmış zərərçəkmişlər FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin Kinoloji idarəsinin xüsusi təlim keçmiş iti tərəfindən aşkarlanaraq xilas edilmişdir.

Təlim təkrar təkanlar səbəbindən Bakı Ali Neft Məktəbinin inzibati və yardımçı binalarının işıq, qaz və su təminatı şəbəkələrində baş vermiş yanğınla müşahidə olunan partlayış zamanı yanğının söndürülməsi və yaralının, həmçinin, hündürmərtəbəli binada təhlükədə qalmış insanların alpinist avadanlıqları və hava yastığının köməyi ilə xilas edilməsi ilə başa çatmışdır.

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Siyəzən şəhərində vətəndaşların qəbulunun vaxtı dəyişmişdir

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 22 iyun 2018-cı il tarixində Siyəzən şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişmişdir. Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcəkdir....

Ardını oxu

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Siyəzən şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  22 iyun 2018-ci il tarixində Siyəzən şəhərində, Siyəzən Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir. ...

Ardını oxu

ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyində görüş keçirmişdir

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində 14 iyun 2018-ci il tairixində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-leytenant Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. ...

Ardını oxu