Geri

Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Türkiyə Respublikasında səfərdə olmuşdur

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin başçılığı ilə nazirliyin nümayəndə heyəti 6-7 yanvar 2015-ci il tarixlərində Türkiyə Respublikasında səfərdə olmuşdur.

Səfər çərçivəsində Türkiyə Respublikası Silahlı Qüvvələrinin uyğun qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən Hərbi-Dəniz Komandanlığının tərkibində olan Sualtı müdafiə təhsil müəssisəsində dalğıc hazırlığı, partlayıcı maddələrin zərərsizləşdirilməsi və kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsindən mühafizə üzrə xilasedicilərin hazırlığı mövzusunda təşkil edilən təhsil kurslarında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin təhsil alma imkanları və bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılmışdır.

Belə ki, səfərin ilk günü Türkiyə Silahlı Qüvvələrinin İstanbul Boğaz komandanı Ercüment Tatlıoğlu ilə keçirilmiş görüşdə nazirliyin nümayəndə heyətinə komandanlığın fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, bu qurum İstanbul boğazının təhlükəsizliyini həyata keçirən və dənizdə xilasetmə və digər vacib məsələlərin əlaqələndirilməsini təmin edən orqan kimi Türkiyə Silahlı Qüvvələrinin əsas komandanlıqlarından biri hesab edilir.

Komandanlığa tabe olan Xilasetmə ve Sualtı komandanlığının komandanı İlhan Öcalanla keçirilmiş görüşdə komandanlığın suda və quruda xilasetmə əməliyyatları ilə bağlı hər il keçirdiyi kurslar barədə ətraflı təqdimat edilmişdir. Təqdimat zamanı dalğıcların hazırlığı üçün təşkil edilən sualtı müdafiə kurslarında FHN əməkdaşlarının iştirakının mümkünlüyü ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.

Səfərin ikinci günü Türkiyə Silahlı Qüvvələrinin Xilasetmə Qrup Komandanlığında komandan Kaan Erkara ilə görüş olmuşdur. Görüşdə komandanlığın fəaliyyəti və həyata keçirdiyi hazırlıq kursları barədə geniş məlumat verilmiş, dalğıcların suya enməsı və istifadə etdikləri avadanlıqlar nümayiş olunmuşdur.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin Sualtı Müdafiə Qrup Komandanlığında komandan Mustafa Kemal Öztürklə keçirilmiş görüş zamanı partlayıcı maddələrin zərərsizləşdirilməsi və kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsindən mühafizə üzrə xilasedicilərin hazırlığı mövzusunda görülən işlərdən və istifadə edilən avadanlıqlardan bəhs edən geniş təqdimat olmuşdur.

Səfər zamanı dalğıc hazırlığı, partlayıcı maddələrin zərərsizləşdirilməsi və kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsindən mühafizə üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin türkiyəli həmkarları ilə birgə hazırlığı barədə ilkin razılıq əldə edilmişdir.

Digər məlumatlar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur

Oktyabrın 13-də Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov  Badamdar şosesində baş verən sürüşmə zonasında olmuşdur. Nazir sürüşmə zonasındakı vəziyyətlə yaxından tanış olmuş, lazımi işlərin görülməsi ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar vermişdir.​...

Ardını oxu

Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı 10 oktyabr 2018-ci il tarixində FHN-in Binəqədi rayon Dövlət Yanğından Mühafizə İdarəsində Azərbaycanda yanğınsöndürmə xidmətinin yaradılmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirmişdir. ...

Ardını oxu

“Mübarizlər” ekstremal idman marafonu üzrə qalib komanda təltif olunmuşdur

6 oktyabr 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyində “Mübarizlər” ekstremal idman marafonu üzrə respublikanın güc strukturlarının komandaları arasında keçirilmiş yarışda birinci yer tutmuş Fövqəladə Hallar Nazirliyinin komandasının üzvlərinin təltif olunma mərasimi keçirilmişdir. ...

Ardını oxu