Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının nümayəndə heyəti ilə görüşmüşdür

30 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının Gömrük İdarəsinin rəhbəri, iqtisadiyyat və maliyyə işləri üzrə nazir müavini Məsud Kərbasiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüş zamanı qonağa Azərbaycan Respublikasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Nazir Kəmaləddin Heydərov bildirmişdir ki, son zamanlar Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əlaqələr iki ölkənin prezidentlərinin görüşlərindən sonra yeni impuls qazanmışdır. “Bizim əsas vəzifəmiz dövlət başçılarının qarşıya qoyduqları məsələləri uğurla həyata keçirməkdir”.   

Qonaq səmimi qəbula görə təşəkkürünü bildirmiş, iki dost və qonşu ölkənin müxtəlif dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini qeyd etmişdir.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparmışlar.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə......

Ardını oxu

FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir (Video)

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir....

Ardını oxu