Geri

FHN Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olmuşdur

25 sentyabr 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olmuşdur.

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ən yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş binanın açılışını bildirən rəmzi qırmızı lenti kəsmiş, burada təşkil olunmuş və ulu öndər Heydər Əliyevin fotoşəkilləri olan stend, dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, hissə ən müasir yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunmuş, burada şəxsi heyətin normal iş fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə......

Ardını oxu

FHN koronavirus təhlükəsi ilə bağlı fərdi gigiyena tələblərinə əməl etməyi tövsiyə edir (Video)

Ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video-foto)

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə lazımi tədbirləri davam etdirir....

Ardını oxu